Ermənistan yenə pat vəziyyətinə düşüb. Yalançı iddialarla beynəlxalq qurumların da zəhkləsini tökən bu ölkəyə yenə rədd cavabı verilib. Belə ki, 2023-cü il 12 iyul tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib. Beləliklə, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.
Mətləb