Yol qəzaları can almaqda davam edir. Son günlər yol qəzalarında ölənlərin sayı kəskin şəkildə artıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dünən Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bundan başqa, dünən ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Mətləb