PDF Oxu

Xəbərlər

  • 3 828

Meksika televiziyası Şuşadan reportaj hazırladı:” Tarixi abidələr 30 ildə erməni vandalizminə məruz qalıb”

Meksika televiziyası Şuşadan reportaj hazırladı:” Tarixi abidələr 30 ildə erməni vandalizminə məruz qalıb”

Meksikanın aparıcı xəbər kanallarından olan “Milenio” televiziyası Şuşadan reportaj hazırlayıb. “Sərhədlər arasında” analitik verilişində ölkəmizdə səfərdə olan region üzrə tanınmış ekspert və analitik Talya İşcan tərəfindən hazırlanmış reportajda Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparıldığını qeyd edən ekspert, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verib, bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizin öz evlərinə qayıtmalarının təmin edilməsi üçün Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqda danışıb.

Süjetdə, həmçinin Şuşa şəhərində və ümumilikdə işğaldan azad edilmiş ərazilərdə mövcud olan tarixi-mədəni abidələrin 30 illik işğal dövründə erməni vandalizminə məruz qaldığı, bəzilərinin isə tamamilə darmadağın edildiyi qeyd olunub.

Mətləb Salahov

Digər xəbərlər