PDF Oxu

Xəbərlər

  • 1 863

Daha bir boksçumuz Avropa birinciliyində medalı təmin edib

Daha bir boksçumuz Avropa birinciliyində medalı təmin edib

Boksçumuz Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində medalı təmin edib. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışda ardıcıl üçüncü qələbəsini qazanaraq, buna nail olub.

Dörddəbir finalda türk Mirboran Yıldırıma 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn E.Kərimli yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Boksçu finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.

Mətləb

Digər xəbərlər