“Araz-Naxçıvan” futzal klubu Özbəkistan millisinin hücumçusu Husniddin Nişonovu heyətinə qatıb. Klubdan SİA-ya verilən məlumata görə, 25 yaşlı futzalçı ölkəsinin BMB klubundan icarəyə götürülüb. O, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zamanı “Araz-Naxçıvan”a kömək edəcək. Husniddin Nişonov avqustun 5-də yeni komandasına qoşulacaq.“Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.