PDF Oxu

Xəbərlər

  • 2 184

18 yaşlı yeniyetmələr arasında region birinciliyi start götürüb

18 yaşlı yeniyetmələr arasında region birinciliyi start götürüb

Cüdo üzrə on səkkiz yaşlı yeniyetmələr arasında şimal-qərb bölgəsi üzrə region birinciliyi start götürüb. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Avqustun 7-də İsmayıllı Olimpiya İdman Kompleksində 18 yaşadək yeniyetmə cüdoçular arasında şimal-qərb bölgəsi üzrə region birinciliyi keçirilir.Region birinciliyində şimal-qərb regionunu təmsil edən 11 komandadan 132 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Digər xəbərlər