Xəbərlər

  • 1 085

Hacıqabulda yol qəzası olub, 5 nəfər yaralanıb

image

Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “VAZ-21011” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Ucar rayonunun Qazıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Məmmədova Kəmalə Kamal qızı, 1993-cü il təvəllüdlü Məmmədov Sakit Qorxmaz oğlu, 2000-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlu, 2020-ci il təvəllüdlü Əliyev Qorxmaz Sakit oğlu və 2002-ci il təvəllüdlü Əliyeva İlahə Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mətləb

Digər xəbərlər