Xəbərlər

  • 1 525

Türkiyə mətbuatı Naxçıvan görüşündən yazır

image

Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü və iki dövlət arasında müqavilələrin imzalanması qardaş ölkənin mətbuatında geniş işıqlandırılıb.

Belə ki, Türkiyənin “Anadolu”, “İhlas”, “Cihan”, “Demirören” (DHA), “SonDakika” xəbər agentlikləri, “TRT”, “CNN-Türk”, NTV, “HaberTürk”, “A Haber” telekanalları, “Sabah” qəzetinin elektron variantı və digər mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşündə əhəmiyyətli məsələləri müzakirə etdiklərini yazırlar.

Materiallarda qeyd olunur ki, Azərbaycan 5 gün əvvəl suverenliyini tam bərpa edərək erməni separatçılarını tərksilah etdi və bu işdə Türkiyə qardaş dövlətə böyük dəstək verdi. İki ölkəninin enerji, nəqliyyat, tranzit sahələrindəki əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə dair imzalanan müqavilələr qarşılıqlı faydalı olmaqla yanaşı, həm də regionda sülhen və sabitliyin davamlı olmasına xidmət edəcək.

Mətləb

Digər xəbərlər