“Bavariya” Almaniya kubokunda 1/16 finala yüksəlib. SİA xəbər verir ki, Münhen təmsilçisi bir oyundan ibarət 1/32 finalda səfərdə “Proyssen Münstr”i darmadağın edib - 4:0.
“Proyssen Münstr” - “Bavariya” - 0:4
Qollar: Erik-Maksim Şupo-Motinq, 9, Kondrad Laymer, 40, Franç Kratçiq, 45+5 Matis Tel, 86
Qeyd edək ki, sabah “Vehen” - “Leyptsiq” görüşü keçiriləcək.