PDF Oxu

Xəbərlər

  • 2 742

Azərbaycanın qılıncoynatma yığması gümüş medal qazanıb

Azərbaycanın qılıncoynatma yığması gümüş medal qazanıb

Yeniyetmə qılıncoynadanlardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. SİA-nın məlumatına görə, idmançılarımız sablya növündə 18 komanda arasında ikinci yeri tutublar.Abbas Hüseynov, Rəsul Əliyev, Timur Husnaddinov və Murad Muradovdan ibarət komanda ilk görüşdə Almaniya yığmasına 45:28 hesabı ilə qalib gəlib.Bolqarıstan, Yunanıstan, Böyük Britaniyanı təmsil edən millilərin də yarışdığı turnirdə qılıncoynadanlarımız finala gedən yolda Türkiyənin üçüncü və Gürcüstanla Fransa sablyaçılarının birgə təmsil olunduğu kollektivləri müvafiq olaraq 45:44 və 45:38 hesabları ilə məğlub ediblər. Komanda həlledici qarşılaşmada Türkiyə millisinə 30:45 hesabı ilə uduzub.Qız sablyaçıların yarışında Fərəh Abbasova, Təranə Məmmədli, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət birinci komandamız ilk görüşündə Türkiyənin beşinci komandasına 45:21 hesabı ilə qalib gəlsə də, yarımfinala yüksəlmək uğrunda qarşılaşmada Türkiyənin ikinci komandasına 44:45 hesabı ilə uduzub.Leyla Əhmədova, Fatimə Kərimova, Cahan Sadıxova və Gülarə Tağızadədən ibarət digər kollektiv isə ilk görüşdə turnirin qalibi Böyük Britaniyaya 21:45 hesabı ilə məğlub olub.

Digər xəbərlər