Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilir. SİA xəbər verir ki, yarışda 110 idmançı iştirak edir. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında iki gün davam edəcək çempionatın qalibləri noyabrın 2-də mükafatlandırılacaqlar.