PDF Oxu

Xəbərlər

  • 2 621

La Liqa: “Real Madrid” darmadağınla zirvəyə yüksəldi

La Liqa: “Real Madrid” darmadağınla zirvəyə yüksəldi

İspaniya La Liqasının XIV turunda “Real Madrid” səfərdə “Kadiz”ə qalib gəlib. SİA xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə nəticələnib.14-cü dəqiqədə Rodriqo hesabı açıb. 64-cü dəqiqədə futbolçu özünün və komandasının ikinci qolunu vurub. Oyunda son nöqtəni 74-cü dəqiqədə J.Bellinqem qoyub.Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran Madrid təmsilçisi liderliyə yüksəlib. “Kadiz” isə 10 xalla 16-cı pillədə qərarlaşıb.

Digər xəbərlər