Xəbərlər

  • 1 850

Masallı RİH başçısı Qızılağac kənd 1 nömrəli tam orta məktəbində

image

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov Sübhan Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbində oldular.

Rayon rəhbəri son günlər sosial şəbəkələrdə məktəbin qəzalı vəziyyətdə olması və məktəbdə təhsilin davam etdirilməsinin təhlükəli olması ilə bağlı yayılan məlumatları yerində aydınlaşdırmaq üçün məktəbdəki vəziyyətlə tanış olmuşdur.

Xəbər verilir ki, rayon icra hakimiyyətinin başçısı, məktəb direktoru Şəhla Fətullayeva və podratçı təşkilatın nümayəndəsi məktəbin bütün sinif otaqlarını gəzmiş və rayon rəhbərinə mövcud vəziyyət barədə məlumat verərək bildirmişlər ki, mətbuatda yayılan məlumatlar tamamilə əsassızdır, məktəbin 2021-ci ilin sentyabr ayında istismara verildiyi və məktəbdə 500 şagirdin təhsil aldığını vurğulamışlar.

Qeyd edək ki, Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbin binasının qəzalı vəziyyətdə olması ilə bağlı bir qrup şəxs tərəfindən sosial şəbəkədə, müxtəlif xəbər saytlarında qəza ilə bağlı paylaşılan məlumatlar; məktəb binasında iri çatların yaranması səbəbindən sinif otaqlarının qəzalı vəziyyətdə olması, məktəbin qazanxanasında su borusunun partlaması ilə məktəbin zirzəmisinə suyun dolması, valideynlərin qəza səbəbindən məktəb binasına buraxılmaması ilə bağlı məlumatlar yayılmışdır. Məktəbə baxış zamanı məlum olmuşdur ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər