“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək qərarına gəlib. "Səs" qəzeti xəbər verir ki, bununla bağlı Abutalıb Səmədov bəyanat yayıb. Bəyanatda deyilir:
"Mən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov kimi 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək qərarına gəlmişəm. Bu seçkilər Azərbaycan tarixinin ən şərəfli günlərinə təsadüf edir. 100 illərlə davam edən, xalqımıza böyük faciələr gətirən separatizm bəlasından dövlətimizin xilas olduğu günləri yaşayırıq. Prezident seçkiləri bu separatizim bəlasının birdəfəlik gündəlikdən və sıradan çıxardılmasının həlledici nöqtəsini qoyacaq. Yeni dövr başlayır Azərbaycan yeni perspektivlər qarşısındadır və bu dövrdə keçirilən prezident seçkilərində iştirak etmək təkliflərlə, proqramlarla çıxış etmək və Azərbaycanın inkişafına az da olsa öz töhfəsini verməyə cəhd göstərmək hər bir vətəndaş üçün böyük şərəf sayılmalıdır. Bu səbəbdən məndə prezident seçkilərinə qatılmaq və gücüm çatan qədər bu mühüm kampaniyaya öz töhfəmi vermək istəyirəm".