Xəbərlər

  • 1 789

Sülhə qarşı növbəti ATƏŞ!

image

Budur, növbəti erməni təxribatı, növbəti qisasçılıq addımı. Bəh-bəhlə Ermənistanı şıltaq uşaq kimi himayə edən qərbdəki qüvvələrin, eləcə də bölgədə erməni qardaşlığı yürüdənlərin gözləri qarşısında sülh əleyhinə növbəti cinayət törədildi. Açıq-aydın görünür ki, Ermənistan sülh əvəzinə müharibə yolunu seçib. Çünki sərhəddə baş verənlər Ermənistanın düşünülmüş, məqsədli təxribat strategiyasının davamı idi. Əslində, Azərbaycanın Ermənistanla sülh danışıqlarını təkid etdiyi bir vaxtda Ermənistandakı Avropa İttifaqının mülki müşahidə missiyasının olduğu zamanda belə bir təxribatın törədilməsi Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir.

Sərhədçimizə açılan bu atəş bir kəs daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil və İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəblə də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin şəkildə saxlamağa çalışır. Məqsəd regionda etibarlı sülhün, etibarlı sabitliyin bərqərar olmasına imkan verməmək, hər an yeni bir müharibəni alovlandırmaq üçün münbit zəmin formalaşdırmaqdır. Heş şübhəsiz Avropadakıların təhriki ilə!

Mətləb Salahov

Digər xəbərlər