PDF Oxu

Xəbərlər

  • 3 646

Qadın həndbolçularımız Litva millisini məğlub edib

Qadın həndbolçularımız Litva millisini məğlub edib

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib. V qrupda mübarizə aparan yığma Litva seçməsini qəbul edib. Bakı İdman Sarayında baş tutan qarşılaşma komandamızın 35:33 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Litva ilə səfərdə qarşılaşacaq. Yığma qrupda daha əvvəl keçirdiyi oyunlarda Şimali Makedoniya və İspaniya seçmələrinə uduzub.

Mətləb

Digər xəbərlər