Xəbərlər

  • 2 794

ABŞ elan etdi: Ukraynaya 300 milyon dollarlıq hərbi yardım ayrılacaq

image

ABŞ Prezident Administrasiyası Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq. Bu barədə Ağ Evin sözçüsü Ceyk Sallivan mətbuat konfransında bildirib.

Sallivanın sözlərinə görə, Ukraynaya yeni hərbi yardım paketində digər hərbi sursatlarla yanaşı, HIMARS üçün artilleriya mərmiləri və GMLRS raketləri də yer alacaq. Eyni zamanda, Ağ Ev Konqresdən Ukraynaya dəstək üçün maliyyə ayrılması ilə bağlı qanun layihəsinin tezliklə qəbulunu xahiş edib.

Mətləb

Digər xəbərlər