Xəbərlər

  • 1 863

"Rəqibi yaxşı analiz etmişik" - "Qarabağ"ın qapıçısı iddialı danışdı

image

"Sabah Almaniyada bizi güclü rəqiblə maraqlı oyun gözləyir." Bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Otuz iki yaşlı qolkiper bildirib ki, Leverkuzen təmsilçisi ilə görüşə yüksək motivasiya ilə çıxacaq: "Sabah əlimizə düşən fürsətlərdən maksimum istifadə edəcəyik. Mənim üçün hər oyun vacibdir. Hansı komanda ilə rəqib olmağımızdan asılı olmayaraq, hər görüşə ciddi hazırlaşıram. Rəqibi yaxşı analiz etmişik. Dördüncü dəfədir ki, bu komanda ilə qarşılaşacağıq. Düşünürəm ki, onların oyun üslubuna yaxşı bələdik".

Mətləb

Digər xəbərlər