Xəbərlər

  • 2 051

"Ay-ulduzlular" yayda Polşa millisi ilə qarşılaşacaq

image

Futbol üzrə Türkiyə millisinin Avro-2024 öncəsi son rəqibi müəyyənləşib. Türkiyə Futbol Federasiyasının rəsmi saytında yer alan məlumatda deyilir ki,"Ay-ulduzlular" Polşa ilə yoxlama matçında qarşılaşacaq. Varşavada, iyunun 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Türkiyə millisi bundan əvvəl martın 22-i Macarıstan, martın 26-ı Avstriya, iyunun 4-ü İtaliya ilə yoxlama oyununda üz-üzə gələcək.

Mətləb

Digər xəbərlər