Xəbərlər

  • 1 974

Qadın futbolçularımız da uduzdular: 1:6 hesabı ilə...

image

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. 2-ci turun B liqasının 2-ci qrupunda Bolqarıstan yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub. Azərbaycan yığmasının yeganə qolunu 25-ci dəqiqədə Xanım Əsədova vurub.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu 3 gün sonra – martın 7-də, saat 13:00-da Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Mətləb

Digər xəbərlər