Xəbərlər

  • 2 268

"Qarabağ" bu futbolçuya görə "Beşiktaş"dan 8 milyon avro istəyir

image

Türkiyənin “Fotosport” nəşri "Qarabağ"klubu ilə bağlı yeni məlumat yayıb.Məlumatda deyilir ki, “Beşiktaş”ın idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Olavio Juninyonun transferinə görə klub nümayəndələri və hücumçunun özü ilə görüşüb.

S.Aybabanın Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın Leverkuzendə "Bayer"lə oyununu canlı izlədiyi və futbolçunu bəyəndiyi bildirilib. Xəbərdə qeyd olunub ki, klub rəsmisi daha sonra "Neftçi"nin sabiq hücumçusu, hazırda "Partizan"da çıxış edən Mateus Saldanyanın oyununu izləyib və "Beşiktaş"a onun yox, Juninyonun daha faydalı olacağı qənaətinə gəlib.

"Qarabağ"ın isə braziliyalı hücumçu üçün "Beşiktaş"dan 8 milyon avro istədiyi bildirilib. İstanbul klubu üçün hazırda bu məbləğin çox olduğu, ancaq "Beşiktaş" tərəfinin növbəti görüşlərdə qiymətin uyğun bir həddə gətiriləcəyinə inandığı vurğulanıb.

Mətləb

Digər xəbərlər