Xəbərlər

  • 1 838

Almaniya millisi Fransa yığmasına 8-ci saniyədə qol vurdu

image

Yoldaşlıq qarşılaşması çərçivəsində Fransa və Almaniya milliləri Lion stadionunda üz-üzə gəliblər. Qarşılaşmada hesab elə 8-ci saniyədə açılıb. "Bayer" klubunun gənc hücumçusu Florian Virtz fransızların qapısına yol tapıb. Almanların növbəti qolu 49-cu dəqiqədə gəlib. Kay Havertz almanların ikinci qolunun müəllifi olub. Bu qol həm də qarşılaşmada Almaniya millisinin Fransa yığması üzərindəki 2:0 hesablı qələbəsini müəyyən edib.

Mətləb

Digər xəbərlər