Xəbərlər

  • 1 640

Futbol millimiz Bolqarıstan yığması ilə bərabərə qaldı

image

Futbol üzrə Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu matçına çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan millisi ilə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada ilk qol 59-cu dəqiqədə Flip Krastev tərəfindən vurulub. Azərbaycan millisinin cavab qolu isə 87-ci dəqiqədə Musa Qurbanlı tərəfindən vurulub.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Monqolustana 1:0 hesabı ilə qalib gəlib. Bolqarıstan isə eyni hesabla Tanzaniyanı üstələyib.

Mətləb

Digər xəbərlər