Xəbərlər

  • 1 726

Di Mariyanı ölümlə hədələdilər!

image

"Benfika"nın yarımmüdafiəçisi Anhel Di Mariya ölümlə hədələnib. "Daily Mail" nəşrinin yazdığına görə, argentinalı futbolçu Rosarionun kənarındakı evində olarkən hədələnib. Evin ətrafına maşından təhdid mesajı olan paket atıblar. Mesajda bildirilir ki, Di Mariya şəhərə qayıdarsa, hətta əyalət qubernatoru Maksimiliano Pullaro belə onların təhlükəsizliyinə zəmanət verə bilməyəcək.

Qeyd olunur ki, mesajın müəllifləri Pullaro ilə düşmənlik edən və Di Mariyanı bu məsələyə cəlb etməklə maksimum rezonans yaradacağına inanan narkotik alverçiləri ola bilər.

Mətləb

Digər xəbərlər