Xəbərlər

  • 1 673

İtaliyadan İsrailə çağırış: "Rəfahda hərbi əməliyyat keçirməyin"

image

Biz İsraili Rəfah şəhərində hərbi əməliyyat həyata keçirməməyə çağırırıq. Ümid edirəm, İsrail tərəfi bunun səhv addım olduğunu və nəticədə daha çox mülki şəxsin əziyyət çəkəcəyini başa düşür." Bu barədə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib. İsrail tərəfindən Rəfahda müharibənin davam etməməsini istədiklərini vurğulayan Baş nazirin müavini İtaliya hökumətinin girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımının çatdırılmasının tərəfdarı olduğunu bir daha diqqətə çatdırıb.

“Biz iki xalqın, iki dövlətin həll yolu tapması üçün çalışırıq. Bu, çox çətindir. Tərəflər razılaşmır, lakin bölgənin sabitliyi üçün çalışmalıyıq”, - deyə nazir qeyd edib.

Mətləb

Digər xəbərlər