Xəbərlər

  • 1 774

23 yaşlı futbolçu "Bavariya"nın təklifini rədd etdi!

image

"Bavariya" sol cinah müdafiəçisi Alfonso Deyvislə yeni müqavilə imzalamaq istəsə də, futbolçudan rədd cavabı alınıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Münhen təmsilçisi 23 yaşlı müdafiəçiyə yeni sözləşmə təklif edib. Lakin Deyvis öz meneceri vasitəsi ilə bu müqaviləni qəbul etmədiyini kluba çatdırıb.

Bildirilir ki, Alfonso hələlik gələcəyi ilə bağlı qərar verməyib. O, "Bavariya"dan ayrılmağı da düşünür. Buna görə də Deyvis klubla müqavilə imzalamağa etməyə tələsmir.

Mətləb

Digər xəbərlər