Xəbərlər

  • 1 571

Ağcabədidə "dəyirmi masa" keçirilib - FOTOLAR

image

YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi Pedaqoji kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Gənclər ölkənin gələcəyidir mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış, keçirilən tədbirin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edildiyini qeyd edərək demişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişində, tərəqqisində öz töhfələrini əsirgəmir. Gənclər isə ən təşəbbüskar və hərəkət verici qüvvəsidir. Ölkənin gələcək inkişafı məhz onların bu gün yüksək təhsil almalarında və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsindən çox asılıdır.

Çox sevindirici haldır ki, Ağcabədi Pedoqoji Kollecinin YAP fəalları və tələbələri rayonun ictimai-siyasi həyatında, yaxından iştirak edirlər. Kollektivin gəncləri əsl vətəndaşlıq nümunəsi göstərərək sosial şəbəkələrdə fəallıq göstərir antiazərbaycan təbliğatları aparan ünsürlərə layiqincə cavab verirlər.Dəyirmi masada Ağcabədi Pedaqoji kollecinin direktoru Əliyev Bəxtiyar “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış etdi. Natiqin çıxışında qeyd edildi ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra bir çox sahələrə xüsusən Gənclər siyasətinə böyük önəm verdi.

Daha sonra GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova çıxış edərək bu gün gənclərin ölkənin siyasi-ictimai həyatında çox yaxından iştirak etdiyini, bütün sahələrdə əsl vətənpərvər kimi fəaliyyət göstərdiklərini qeyd etdi. Tədbirdə həmçinin YAP Ağcabədi rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Elşən Səfərov çıxış edərək vurğuladı ki, Ağcabədi Pedoqoji Kollecinin gənc könüllüləri YAP Ağcabədi rayon təşkilatı ilə sıx, əlaqə yaratmışlar. Tədbirdə YAP Ağcabədi rayon təşkilatının könüllüləri Ayşən Aslanova və Leyla Paşayeva çıxış edərək, bu gün ölkəmizdə gənclər üçün hər bir şərait yaradıldığını, gənclərin keyfiyyətli təhsil almaları, öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün hər cür şərait yaradıldığını qeyd etdilər.

YAP Ağcabədi rayon təşkilatı tərəfindən tədbirin sonunda rayon təşkilatının həmin təhsil müəssisəsindən olan könüllülərinə sertifikatlar təqdim edildi.

Digər xəbərlər