PDF Oxu

Xəbərlər

  • 2 287

50-ci saniyədə qol vurdu, "Fənərbaxça"-"Qalatasaray" derbisinin tarixinə düşdü...

50-ci saniyədə qol vurdu, "Fənərbaxça"-"Qalatasaray" derbisinin tarixinə düşdü...

"Qalatasaray"ın futbolçusu Mauro İkardi İstanbul derbisinin tarixinə düşüb. Belə ki, argentinalı hücumçu 115 ildir keçirilən derbilərdə vurulan ən erkən qolun müəllifi olub. O, ötən gün keçirilən Türkiyə Superkubokunda 50-ci saniyədə rəqib qapısına yol tapıb..

Bundan əvvəl isə rekord "Qalatasaray"ın futbolçusu Mirza Seydicə məxsus idi. O, 1984-cü ildə "Fənərbaxça" ilə keçirilən oyunun 55-ci saniyəsində hesabı açmışdı. Xatırladaq ki, İkardinin sözügedən qolundan sonra - 2-ci dəqiqədə "Fənərbaxça" futbolçuları meydanı tərk ediblər və oyun yarımçıq dayandırılıb.

Mətləb

Digər xəbərlər