Xəbərlər

  • 2 323

Ermənistandan Rusiyaya ŞOK: Bu telekanalların yayımı dayandırılır!

image

Ermənistan mətbuatı Rusiya telekanalları barədə yeni xəbər yayımlayıb. Məlumatda deyilir ki, Ermənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər. Bu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.

"Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.

Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb. Martın sonunda Ermənistanda “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.

Mətləb

Digər xəbərlər