Xəbərlər

  • 920

Tərtərdə Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

image

YAP Tərtər rayon təşkilatının və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında akademik Zərifə xanım Əliyevanın 15 aprel anım gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdəYAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Tərtər Rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov öz çıxışında bildirib ki, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın vəfat etməsinin 39-cu ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası, məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın çoxcəhətli elmi, tibbi fəaliyyəti təkcə, öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Sonra Tərtər rayon İcra Hakimiytyətinin Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə çıxış edərək bildirib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

Çıxış edənlərdən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Sərxan Cəlahani, rayon mərkəzi xəstəxanasının oftalmoloqu Yeganə Əlişova, və xəstəxananın fizioterapeya kabinetinin müdiri Zəhra Hüseynova Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər.

Digər xəbərlər