Siyasət

  • 903

YAP Nizami rayon təşkilatı ƏPT-da görüş keçirib

image

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 142” ərazi partiya təşkilatında görüş keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və “Heydər Əliyev prospekti 142” ərazi partiya təşkilatının sədri İlqar Mustafayev çıxış edərək partiyanın təsis olunmasından bu günə qədər keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıblar. Eyni zamanda, YAP-ın ictimai-siyasi proseslərdə rolundan bəhs edilib, qarşıdan gələn mühüm proseslərlə əlaqədar fikir mübadiləsi aparılıb.
Görüşdə partiya üzvlərini maraqlandıran suallar da cavablandırılıb.
Sonda yubiley yaşında olan və 20 ildən artıq partiya üzvü olan bir qrup şəxs mükafatlandırılıb.

Digər xəbərlər