Xəbərlər

  • 998

"Real"ın futbolçusu: "Elə ona görə buradayam"

image

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem kluba keçidini xatırlayıb. AS nəşrinin yazdığına görə, ötən yay "Mançester Siti" də 21 yaşlı futbolçu ilə maraqlansa da, o, Madrid təmsilçisini seçib. Bellinqem özü bu haqda danışıb. O, "kral klubu"nun təklifini dərhal qəbul etdiyini deyib: “Borussiya”da oynayanda bir çox klublarla danışdım, ailəmlə məsləhətləşdim. Çünki seçim etmək çətin idi. Ancaq "Real"dan mənə zəng gələndə iki dəfə düşünmədim. Elə ona görə də mən buradayam”.

Mətləb

Digər xəbərlər