İqtisadiyyat

  • 3 154

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 2 dəfə artırıb

image

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox - 30,7 milyon manat vəsait köçürüb. SİA bu barədə quruma istinadən xəbər verir.Məlumata görə, rüblük ödənişin 21,5 milyon manatı özəlləşdirmə, 9,2 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 2,45 dəfə və 43,75 % çoxdur.Hesabat dövründə Dövlət Xidməti 12özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.Ötən 3 ayda 673 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahələrinə aid olub.

Digər xəbərlər