Xəbərlər

  • 1 366

“Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” - FOTOLAR

image

18 aprel 2024-cü il tarixində YAP Tərtər rayon təşkilatının və Tərtər rayon İcraHakimiyyətinin təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə “HeydərƏliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda “dəyirmi masa” keçirilib.“Dəyirmi masa”da YAP rayon təşkilatının əməkdaşları, rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndələr, təhsil və səhiyyə işçiləri iştirak ediblər.Öncə Ümiummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyətinin əməkdaşı Svetlana Əzizova Ulu Öndərin həyat və fəliyyəti barədə məruzə edib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti özündə müasir tariximizin bütöv bir epoxasını ehtiva edir. Bu dahi şəxsiyyət Azərbaycana bir-birindən tam fərqli iki dövrdə - keçmiş SSRİ dönəmində (1969-1982) və dövlət müstəqilliyimizin bərpasından sonrakı 10 ildə (1993-2003) rəhbərlik edib. Heydər Əliyev Azərbaycan intibahının müəllifi hesab olunur.

1969-cu ildə onun respublika rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi, o vaxtadək bütün sahələrdə hökm sürən durğunluq və ətalət dirçəliş və canlanma ilə əvəzləndi. İntibaha aparan yolun başlanğıcı qoyuldu.

Dünyanın siyasi tarixində dərin izlər buraxmış Ümummilli lider hələ o zamandan respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin başlıca istiqamətlərindən biri elan etmişdi.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev öz çıxışında bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında müdrik siyasətçi, qətiyyətli iradəsi və əzmkarlığı ilə fərqlənən böyük şəxsiyyət olaraq, eyni zamanda həm də bütün dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır.

Respublikanın rəhbəri olduğu dövrdə Ulu Öndər təcrübəli dövlət xadimi kimi ölkəmizin ictimai həyatının bütün sahələrində öz bilik və bacarıqlarını xalqının yaşayış rifahının qaldırılmasına yönəltmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının həyata keçirilməsindən qaynaqlanır. Ulu öndər Heydər Əliyev yolunu ən layiqli şəkildə, qətiyyətlə və inamla davam etdirən, dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan Prezident İlham Əliyevin
rəhbərliyi altında keçilən inkişaf yolu, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz tərəfindən azad edilməsi vaxtilə Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Qələbəyə aparan yolun əsasını illər öncə Ulu Öndər özü müəyyən etmişdi. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı uçurumdan qurtarıb yeni inkişaf yoluna çıxartdı, Prezidentimiz İlham Əliyev isə Azərbaycanı daha da inkişaf etdirərək, ölkəmizi tarixinin qüdrətli və qalib dövlətinə çevirdi.

“Dəyirmi masa”da Hüsənli ƏPT-nın sədri Gülüstan Əhmədova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva və başqaları çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb: “Ulu Öndər müasir Azərbaycan dövlətinin qurucusudur. Bütün sahələrdə əldə edilən uğurlar Ulu Öndərin uzaqgörən siyasətindən qaynaqlanır.”

Digər xəbərlər