Xəbərlər

  • 3 113

Heydər Əliyevin 101 illiyi ilə əlaqədar konsert təşkil olunub - Masallıda

image

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı şəhər Onbirillik İncəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə I siniflərin "Bir incilər" adlı konsert proqramı təşkil olunub.

Əvvəlcə məktəbin kollektivi Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Konsert proqramı Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra I sinif şagirdlərinin maraqlı ifaları konsertə rəng qatıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər