Xəbərlər

  • 2 076

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

image

İsmayıllı rayonunun Diyallı kənd sakini 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qurupundan məlumat verilib.

Bildirilib ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub.

"Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

Digər xəbərlər