"Lill"in müdafiəçisi Leni Yoro yay transfer pəncərəsində klubunu dəyişə bilər. Bu barədə “The Athletic” məlumat yayıb. Futbolçu ilə "Real" maraqlanır. Tərəflər 18 yaşlı müdafiəçinin transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər. Müqavilənin dəyəri bonuslar nəzərə alınmadan təxminən 40 milyon avro ola bilər. Madrid təmsilçisi futbolçuya 6 illik müqavilə təklif edəcək. O, gələn yay azad agent kimi "Real"a keçməyə hazırdır.
Mətləb