Azərbaycan gimnastları İbrahim Mustafazadə, Əli Nİftəliyev və Fərhad Vəliyev Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.Gimnastlar komanda hesabında bürünc medal qazanıblar.