Xəbərlər

  • 2 072

Çempionlar Liqası: "Fənərbağça" İsveçrədən qələbə ilə qayıdır

image

Türkiyənin "Fənərbağça" komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb. SİA xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda İsveçrədə "Luqano" komandası ilə üz-üzə gəlib. "Stokhorn Arena"da keçirilən görüş qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.Türkiyə klubunun heyətində Edin Ceko het-trik edib. Digər qolu isə Fərdi Kadıoğlu vurub.Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da İstanbulda oynanılacaq. Bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" kollektivi ilə qarşılaşacaq.

Digər xəbərlər