Avqustun 1-də Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.
Xatırladaq ki, bu, Azərbaycan komandasının Paris Olimpiadasında qazandığı ikinci qızıl medaldır. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Azərbaycan Himnini səsləndirib.
Mətləb Salahov
Ömürdən illər keçir, illər köçür. Yadda qalanı da olur, unudulanı da...