58 saylı Xaçmaz kənd Seçki Dairəsi seçkilərə tam hazırdır, seçki məntəqələri bütün təchizatla təmin olunub, məntəqə seçki komissiyaları üçün treninqlər keçirilib. SİA xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 58 saylı Xaçmaz Kənd Dairə Seçki Komissiyasının sədri Zöhrab Səfərov deyib.
O qeyd edib ki, dairə üzrə 50 seçki məntəqəsi var: "Bütün seçki məntəqələri lazımi avadanlıqlarla təmin edilib. Məntəqələrin yerləşməsi elədir ki, vətəndaşlar uzaq məsafə getmədən rahat şəkildə səs verə biləcəklər. 47 mindən artıq seçicimiz var. Seçicilərdən 2 nəfərinin yaxşı 100-dən yuxarıdır".
Z. Səfərov bildirib ki, dairə üzrə 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. "Hazırda namizədlər təşviqat kampaniyasını davam etdirir", - deyə o əlavə edib.