Azərbaycan cəmiyyətinin sosial-iqtisadi cəhətdən inkişafı təbii olaraq hər bir ailənin təminatı, təhlükəsiz, sağlam yaşayışı deməkdir. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsində və insanların daha yaxşı və firavan yaşamasında müsbət nəticələr əldə olunub. Görülən və həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşları dünyada ən yaxşı yaşayışa malik vətəndaşlar hesab olunurlar. Lakin təəssüf hissi ilə vurğulamaq lazımdır ki, dağıdıcı müxalifət görülən fundamental işlərə kölgə salmağa çalışır. Bu azmış kimi Azərbaycanın Ermənistan üzərində hərbi, siyasi, diplomatik qələbəsindən Avropanın və ABŞ-ın bəzi qaranlıq dairələri qədər dağıdıcı müxalifət də narahatdır. Bu isə haqlı suallar yaradır: Niyə Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri ölkəmizin deyil, xarici məkrli dairələrin mövqeyindən çıxış edirlər? Nədən dağıdıcı müxalifət Azərbaycanın haqlı mövqeyini dəstəkləmir? Şübhəli və müəmmalı suallar kifayət qədərdir. Sadəcə, birmənalı ifadə olunan fikir ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlərin tez-tez səsləndirdikləri “Vətən”, “Xalq” sözləri sadəcə siyasi divident əldə etmək üçün deyilir. Əslində, xalqdan uzaqdırlar, dövlətə qarşı laqeyiddirlər. Onlar üçün başlıca hədəf və məqsəd ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirilməsidir. Bunun adı isə satqınlıq və xəyanətdir. Həmin satqınlar hələ 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terrorçuları tərəfindən intensiv atəşə məruz qalarkən 43 siyasi partiyanın hazırladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatını imzalamaqdan imtina etmişdilər. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar, müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmaqdan imtina etdilər. Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə AXCP və Müsavat funksionerləri qatılmadılar. Hətta siyasi dialoq çağırışlarına da əhəmiyyətsiz yanaşdılar. Bu azmış kimi, AXCP siyasi arenada yeganə partiyadır ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş parlament və 2025-ci il yanvarın 29-da baş tutacaq bələdiyyə seçkilərində iştirak etməkdən imtina edib. Bütün bunlar onların şər qüvvələrdən asılı olduqlarını göstərir.
Dağıdıcı ünsürlərin istəkləri sifarişləri yerinə yetirmələri qarşılığında pul qazanmaqdır
Söz yox ki, anti-Azərbaycan dairələrin ölkəmizin parlaq qələbələrindən nəyə görə narahat olduqları başa düşüləndir. Çünki onlar birbaşa erməni maraqlarından çıxış edən və daim ermənilərə hərbi, siyasi dəstək göstərən mərkəzlər olublar. Bu gün də öz xislətlərinə uyğun fəaliyyətlərini davam etdirirlər. Lakin dağıdıcı müxalifət funksionerlərinin və onların qazanlarının dibini yalayan trolların fəaliyyətləri anlaşılan deyil. Şübhələr, həm də ehtimallar yaradır ki, bu müxalif məxluqlar birbaşa erməni lobbisindən sifarişlər alırlar. Bu şübhələri gücləndirən başlıca məqam “Milli Şura”nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində “hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam”, - deyə bildirməsidir. Söz yox ki, C.Soros nə dəli, nə də gic deyil. Soros və digərləri sifarişlərini icra etməyən şəxslərə və ya qruplara qarantlar ayırmaz. Əgər dağıdıcı müxalifət xarici qrantlardan bəhrələnirlərsə, deməli, ortada tərəflər arasında əldə olunan razılaşma var: Yəni dağıdıcı ünsürlərin istəkləri pul qazanmaqdırsa, xarici məkrli dairələrin də hədəfləri dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycana qarşı təzyiq və təhdid siyasətinə nail olmaqdır. AXCP sədri Əli Kərimlinin daha çox qrant əldə etmək arzusu onun gözlərini kor, qulaqlarını kar edib. Bu səbəbdən də ölkəmizdə gedən genişmiqyaslı tikinti, quruculuq, bərpa işlərini görmür, həm də beynəlxalq təşkilatların Azərbaycanın sosial-iqtisadi, maliyyə sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən müsbət xarakterli hesabatlarını eşitmək istəmirlər. Onların ki, ancaq məğzini və mahiyyətini anlamadıqları sifarişləri hansı formadasa yerinə yetirməyə nail olmaqdır. Fakt isə ondan ibarətdir ki, dağıdıcı müxaliflərin heç bir pozucu niyyətləri baş tutmur. Bu da Ə.Kərimlinin gözdən düşməsinə və bacarıqsız trol olaraq alt siyahıda yer almasına gətirib çıxarır. Düzdür, Ə.Kərimli xarici qrantlardan tam şəkildə məhrum olmur. Ancaq hər an belə bir təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də Ə.Kərimli gözlənilən problemi aradan qaldırmaq üçün trollarına qarşı sərt tədbirlər həyata keçirir. Yəni onların yerlərini dəyişir və ya qruplara qarşı maliyyə sanksiyaları tətbiq edir. Hətta adının çəkilməsini istəməyən mənbəmizin dediyinə görə, son hadisələrdən sonra Ə.Kərimli bəzi şəxslərə çatmalı olan aylıq məvacibinin müəyyən hissəsini kəsib. Bu da daxili narazılığın yaranmasına gətirib çıxarıb. Elə trollar var ki, onlar sosial şəbəkələrdə ənənəvi işlərini görməkdən imtina edirlər və ya təhqiredici statuslarını səthi həyata keçirirlər. Bu da bəzi hallarda Ə.Kərimli ilə trollar arasında narazılıqların yaranmasına gətirib çıxarır. Ə.Kərimli isə narazıları hörmətsiz münasibət göstərməklə tənbeh etməyə cəhd edir. Hətta maraqlarına qarşı çıxanlar, sifarişlərini icra etməkdən müxtəlif bəhanələrlə yayınanlar ciddi şəkildə cəzalanırlar. Misal olaraq, AXCP MNTK-nın sədri Aydın Əliyevin Ə.Kərimlinin qərarı ilə partiya sıralarından xaric edilməsini göstərmək olar. Elə cəbhəçilər də var ki, Ə.Kərimlinin qurbanına çevrilmək halları ilə də üzləşirlər. Yəni Ə.Kərimlinin yağlı dilinə, şirnikləndirici vədlərinə aldanaraq qanunazidd əməllər törədirlər. Nəticədə qanunun sərt dili işə düşür və şəxs azadlıqdan məhrum edilir. Ona görə də, AXCP sıravi üzvlər üçün bataqlıq mənbəyi hesab olunur.
Ə.Kərimli ilə L.Yunus daha geniş formada əməkdaşlıq əlaqələri qurmaq üçün fikir mübadiləsi aparıb və razılaşmalar əldə ediblər
Xaricdən ayrılan maliyyə vəsaitlərindən vaz keçmək istəməyən Ə.Kərimli qanunsuz əməllərə baş vuracağına, ölkədə təxribatlara yol verəcəyinə, pozuculuq aktları törədəcəyinə dair böyük ağaları qarşısında üzərinə öhdəliklər götürür. Təbii ki, pul alınıbsa, tapşırıqlar da yerinə yetirilməlidir. Ə.Kərimli tapşırıqları yerinə yetirmək üçün məram və məqsədlərini anlamayan cəbhəçi gənclərdən istifadə edir. Nəticədə yuxarıda qeyd etdiyimiz kimi, qanunsuzluq edən gənc həbs olunur və məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilir. Sonradan Ə.Kərimli hay-küy qaldırıb, həmin gəncin həbs olunmasının ədalətli olmadığını iddia edir. Hətta özünü “yaxşı adam” kimi göstərmək üçün həmin həbs olunun gəncin adını “siyasi məhbus” siyahısına salır. Anormal əməlləri bununla da bitmir. “Bizim övladımızı sən qanunsuz əməllərə təhrik etdin”, - deyə həbs olunan gənc cəbhəçilərin valideynlərinin ittihamlarından yayınmaq üçün tərtib etdiyi qondarma “siyasi məhbus” siyahısını Avropada erməni diasporuna sığınıb, Azərbaycanla bağlı sifarişli açıqlamalar yayan Leyla və Arif Yunuslara göndərir. Bütün varlıqlarını ermənilərə təslim etmiş cütlük dərhal Ə.Kərimlinin məktubunu Avropadakı anti-Azərbaycan dairələrə, o cümlədən də Almaniya nasistlərinin əsas ideoloqlarından olan Frank Şvebere təqdim edirlər. Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl F.Şveber BBC-yə açıqlamasında bildirmişdir ki, o, tez-tez Leyla Yunusdan Azərbaycandakı vəziyyətlə bağlı məktublar alır. Təbii ki, L.Yunus kimi erməni kökənli məxluq erməni lobbisindən maliyyən F.Şvebere Azərbaycandakı genişmiqyaslı quruculuq abadlıq işlərindən, sosial -iqtisadi inkişafdan, COP29 kimi beynəlxalq miqyaslı nüfuzlu konfransın Azərbaycanda möhtəşəm formada keçirilməsindən yaza bilməz. Onun ki, ancaq erməni diasporunun istədiyi və Ə.Kərimlinin də bu istəyə uyğun ona ünvanladığı qarayaxmalar, şər və böhtanlar ola bilir ki, bütün bunları da L.Yunus böyük həvəslə yerinə yetirir. Məlumata görə, Ə.Kərimli ilə L.Yunus daha geniş formada əməkdaşlıq əlaqələri qurmaq üçün fikir mübadiləsi aparıb və razılaşmalar əldə ediblər. Bu isə o deməkdir ki, Ə.Kərimli təxribatlarının və pozuculuq əməllərinin sayını bir qədər də artıracaq. Yenə də əziyyət çəkən, bir növ nələrin baş verəcəyini anlamayan cəbhəçilər olacaq.
İLHAM ƏLİYEV