12 Noyabr 2026 - cı il tarixdə Kürdəmirdə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elşən Həsənli ,YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri eləcə də partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar videoçarx izlənilib.
Çıxışlarda ölkəmizdə həyata keçirilən hüquqi islahatlar və dövlətin hüquqi inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.