Noyabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının VIII Qurultaydan sonra ilk iclası keçirilib.Əvvəlcə YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə iclas iştiraçılarını 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.
Sonra iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verilib. YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Şuranın ötən dövr ərzində fəaliyyətinin partiyanın Proqram və Nizamnaməsinə uyğun həyata keçirildiyini vurğulayıb.
Görülən işlərdən bəhs edən Arif Rəhimzadə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkərək ideoloji işin, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin bundan sonra da diqqət mərkəzində olacağını deyib.
Şuranın sədr müavini Sədaqət Qəhrəmanova, üzvlərdən Misir Mərdanov, Tahir Rzayev, Əhliman Əmraslanov, Vahid Novruzov, Tahir Məmmədov, Urxan Ələkbərov, Allahverdi Hacıyev, Şahlar Əsgərov və Tahir Quliyev çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər. Yeni tarixi mərhələdə veteranların üzərinə mühüm vəzifələrin düşdüyü və ideoloji işin müasir çağırışlara uyğun təşkilində onların təcrübəsindən səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.
İclasda 2027-ci ilin Tədbirlər Planı ilə bağlı müxtəlif təkliflər səsləndirilib və müvafiq qərarlar qəbul olunub.