...onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
"Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu – yüz milyardlarla dolları və boğazını (Hörmüz) ələ keçirmişik", – ABŞ Prezidenti yazıb.
Tramp paylaşımında, həmçinin, vitse-prezident Ceyms Devid Vensə ABŞ-ın Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda baş verdiyini iddia etdiyi genişmiqyaslı korrupsiya və cinayət hallarına diqqət yetirməyi tapşırdığını bildirib.
O, Minnesota, Kaliforniya və İllinoys ştatlarını nümunə göstərərək, bu bölgələrdə milyardlarla dolların mənimsənildiyini iddia edib. Trampın sözlərinə görə, korrupsiya hallarının aradan qaldırılması ABŞ büdcəsinin balanslaşdırılmasına kömək edə bilər.
Vəziyyət 2014-cü ilin noyabr hadisələrini xatırladır…
Heç kim fırıldaqçıya inanmır...
Çeçen lideri Rusiyanın digər bölgələrində yaşayan çeçenləri müharibəyə göndərməklə hədələyib...
Kreml danışıqlardan təsir dairələrini yenidən bölüşdürmək üçün istifadə etmək istəyir...
Noyabr danışıqlarının pərdə arxasında nələr baş verir...