PDF Oxu

Xəbərlər

  • 1 858

FIBA Çempionlar Liqasında daha bir oyun Bakıda keçiriləcək

image

Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.Komandalar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.Qeyd edək ki, yanvarın 7-də ölkəmizdə baş tutan matçda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada önə keçib - 1:0. Yanvarın 14-də isə "Hapoel Holon"un qələbəsi qeydə alınıb - 65:62.

Digər xəbərlər