PDF Oxu

Xəbərlər

  • 1 550

Türkiyənin ilk məscidi Həbib Nəccar bərpa olunur

image

Türkiyənin Hatay əyalətində tarixi Həbib Nəccar məscidində bərpa işləri davam edir. 2023-cü ilin 6 fevral zəlzələsi zamanı məscidə ciddi ziyan dəymişdi. SİA bildirir ki, Həbib Nəccar məscidi 638-ci ildə müasir Türkiyənin cənubunda müsəlman-ərəblər tərəfindən əsası qoyulan ilk məscid hesab olunur.

Vəqflər Baş İdarəsinin Hatay əyaləti şöbəsinin rəhbəri Adəm Bozkurt bildirib ki, rəvayətə görə, tarixi məscidin yerində eramızın 40-cı illərində xristianlığın ilk davamçılarından biri tərəfindən inşa edilmiş kilsə yerləşib.

Xristian missioneri dülgər Həbib Nəccar yerli sakinlərin qəzəbinə tuş gələrək öldürülüb və hazırda məscidin yerləşdiyi ərazidə dəfn edilib.

Həbib Nəccar məscidində bərpa işlərinin iyulun 7-nə – Hatayın Türkiyəyə birləşdirilməsinin növbəti ildönümünə qədər başa çatdırılması planlaşdırılır.

Digər xəbərlər