PDF Oxu

Xəbərlər

  • 1 093

İslamiada: Azərbaycan futzal millisinin oyunlarının təqvimi bəlli olub

image

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal matçlarının təqvimi müəyyənləşib. Futzal Federasiyasından SİA-ya bildirilib ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, bundan 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gələcək.

A qrupu
4 noyabr
Liviya – Azərbaycan
Səudiyyə Ərəbistanı - Özbəkistan
6 noyabr
Özbəkistan – Azərbaycan
Səudiyyə Ərəbistanı – Liviya
8 noyabr
Səudiyyə Ərəbistanı – Azərbaycan
Özbəkistan – Liviya.

Digər xəbərlər