PDF Oxu

Xəbərlər

  • 983

Azərbaycanın iki boksçusu qələbə qazanıb

image

Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/16 finalında qələbə qazanıb. SİA-nın məlumatına görə, Maqsud Xasmetov (63,5 kq) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb.Boksçumuz rəqibinə üçüncü raundda nokautla qalib gəlib.Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü sınayacaq.Sərxan Əliyev (71 kq) isə Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Digər xəbərlər