PDF Oxu

Xəbərlər

  • 10

“Danışıqlar prosesinin uğurla nəticələnməsi beynəlxlaq ictimaiyyətin müvafiq aktiv dəstəyindən asılıdır”

“Danışıqlar prosesinin uğurla nəticələnməsi beynəlxlaq ictimaiyyətin müvafiq aktiv dəstəyindən asılıdır”
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya həyata keçirilən səfərinə dair ölkədə ingilis dilində yeganə çap edilən "The News" qəzetində geniş məqalə dərc edilib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, məqalədə nazir E.Məmmədyarova istinad olunaraq qeyd edilib ki, Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif edib və eyni zamanda, Meksika Hökuməti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin haqlı mövqeyinin gələcəkdə də müntəzəm şəkildə dəstəklənməsinə ümid edir. Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xalqımıza qarşı etnik təmizləmələr, Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin hüquqlarının tapdalanması, işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin məhv edilməsindən söz açılır. Həmçinin məqalədə bildirilir: "Ermənistanla münaqişənin həll edilməsi Azərbaycan üçün prioritet məsələ olaraq Azərbaycanın xarici siyasətinin formalaşması üçün əsas təsiredici faktordur və münaqişənin həllində Azərbaycanın mövqeyi BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır."

Digər xəbərlər